“Klub prezidenti normal adam deyildi, başında problem var idi“

22 Mart 2023 17:00 Hadisə 1 688
“Klub prezidenti normal adam deyildi, başında problem var idi“

“Klub prezidenti normal adam deyildi, başında problem var idi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Rauf Əliyev deyib.

Bu ilin yanvarında karyerasını başa vuran 32 yaşlı sabiq forvard 2018-ci ildə yaşadığı qalmaqalı yada salıb.

O, “Şamaxı“dan yollandığı “Kukesi”ndə karyerasının yarımçıq qalmasının səbəbini belə açıqlayıb:

“Kukesi”də futbol tərəfdən hər şey yaxşı idi. Oynayırdım, qollar vurudum, ötürmələrim var idi.

Sadəcə, Mən onlardan yaşayış icazəsi üçün sənəd istəmişdim. Hansısa sənəd düzəldib gətirmişdilər.

Baxıram ki, müqavilənin müddəti və məbləğinə qol çəkdirirlər, amma mənə lazım olan sənəd yoxdur.

Sənədin şəklini vasitəçiliyimi edən şəxsə atdım, dedi, saxta sənəddir, cır tulla. Bu şeyi görəndən sonra orada qalmağın mənasız olduğunu anladım.

Fırldaqla, saxtakarlıqla iş görmək istəyirdilər. Fikirləşmişdilər ki, ingilis dilini bilmir, aldadaq.

Sonradan qalmağım üçün çox çalışdılar, razılaşmadım“.

Digər Xəbərlər
Xəbər Lenti