Üzərində Ermənistan bayraqları olan “humanitar” yük maşınları göründü - VİDEO

22 Mart 2023 16:30 Hadisə 621
Üzərində Ermənistan bayraqları olan “humanitar” yük maşınları göründü - VİDEO

Martın 19-da Rusiyanın nəzarətində olan Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan və Dağıstan bayraqları olan “humanitar” yük maşınları görünüb.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin səfərindən sonra dağıdılmış şəhərdə yük maşınları karvanının müşayiəti ilə müşahidə olunub.

“Metallurq prospektində İliç istiqamətində Ermənistan və Dağıstan bayraqları və “Humanitar missiya” yazısı olan dörd yük maşınından ibarət kolon qeydə alınıb” – müşavir yazıb.

Digər Xəbərlər
Xəbər Lenti