
Mərkəzi Kahramanmaraş olan Malatyada baş verən 7,6 bal gücündə zəlzələnin yeni görüntüləri ortaya çıxıb.
Sportinfo.az xəbər verir ki, bir iş yerinin təhlükəsizlik kameralarına əks olunan görüntülər fəlakətin böyüklüyünü bir daha gözlər önünə sərib.
Görüntülərdə küçədə zəlzələyə yaxalananların böyük qorxu və təlaş içində sağa-sola qaçdıqları görülüb.
Küçədə gedən bəzi şəxslərin və tıxacda hərəkətdə olan bir avtomobilin çökən binanın yaratdığı toz buludunun arasında itdiyi də görünür.
Sözügedən dəhşətli görüntüləri təqdim edirik: