Ermənilər geri addım atdı

22 Mart 2023 03:10 Hadisə 454
Ermənilər geri addım atdı

“Ermənistan KTMT missiyasından heç vaxt imtina etməyib, qərar layihəsi müzakirə olunur”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, Ermənistan KTMT missiyasını heç vaxt tərk etməyib: “Üstəlik, qərar layihəsi müzakirə olunur. Bununla bağlı işlər davam etdirilir. Lakin əsas problem odur ki, KTMT aydın məsuliyyət sahəsini tanımır”, – deyə Mirzoyan vurğulayıb.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Ermənistan və Rusiya arasında mübahisə yaratmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb: “Qərbin Ermənistan və Rusiya arasında mübahisə yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz Qərb dövlətlərinin regional təhlükəsizlik arxitekturasını sarsıtmaq, eyni zamanda burada yerləşən ölkələrin maraqlarını deyil, öz geosiyasi mövqelərini düşünmək kimi gizli cəhdlərini görürük. Lakin belə cəhdlərin hamısı uğursuzluğa məhkumdur”, – deyə Lavrov əlavə edib.

Lavrovun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasına yardım etməyə hazırdır: “Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına kömək etməyə və sülh müqaviləsinin parametrlərini razılaşdırmağa hazırdır. Biz nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh müqaviləsinin parametrlərinin razılaşdırılması üçün hər cür yardım göstərəcəyik”.

O, həmçinin prioritet vəzifələrdən birinin Laçın dəhlizi və ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması olduğunu dilə gətirib:

“Biz şübhə etmirik ki, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatları vəziyyətin sabitləşməsinin təmin edilməsi üçün əsas olaraq qalır”, – deyə Rusiya XİN rəhbəri fikirlərini tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı