Yığmamızın müdafiəçiləri buna diqqət etsin: "Mən əsəbiləşəndə…"

22 Mart 2023 03:00 Hadisə 473
Yığmamızın müdafiəçiləri buna diqqət etsin: "Mən əsəbiləşəndə…"

İsveç millisinə dəvət olunan Zlatan İbrahimoviç ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu gələcəyi haqda danışıb.

"Milan"ın təcrübəli forvardı özünü yaxşı hiss etdiyi müddətdə futbol oynamağa davam edəcəyini bildirib:

"Yaşadığım zədələrdən sonra çox da irəlini düşünə bilmirəm. Fiziki olaraq özümü yaxşı hiss etsəm, futbol oynamağa davam edəcəyəm.

Hazırda özümü yaxşı hiss edirəm. Ona görə də buradayam. Milli komandaya nələrsə verə biləcəyimə ümid edirəm.

İnsanlar çox yaşlı olduğumu və karyeramı bitirməyin vaxtı çatdığını deyirlər. Bu, mənə əlavə motivasiya verir.

Əsəbiləşəndə əlimdən gələnin ən yaxşısını edirəm. Özümə meydan oxuyub başqa bir zirvəyə qalxmaq istəyirəm".

Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan ilə oyunlar üçün İsveç yığmasına çağırılıb.

Baş məşqçi Yanne Andersson 1 illik fasilədən sonra milliyə qaytardığı 42 yaşlı hücumçu haqda bunları söyləyib:

“Zlatan nə zaman sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.

İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycana qarşı keçirib. İsveçin 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə ulduz ilk qolu vurub.

O, sonuncu dəfə 2022-ci il martın 29-da Polşaya (0:2) qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə iştirak edib.

İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti