"Paşinyan qardaşımın velosipedini götürüb qaçmışdı, cığal uşaq idi"

4 Fevral 2023 19:30 Hadisə 1 507
"Paşinyan qardaşımın velosipedini götürüb qaçmışdı, cığal uşaq idi"

“İrəvanda Qarabazarın arxasında həyət evində yaşayırdıq. Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı.

Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı.

Bu da bir az problemi uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır.

Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı.

Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi (gülür). Uşaq vaxtında cığal bir uşaq idi”.

Bu barədə tanınmış prodüsser Oqtay Əliyev deyib.

“Bəlkə də bu gün Ermənistanın ən ağıllı adamı odur. Çünki o reallığı başa düşür ki, Azərbaycanla qaşıq-qaşıq oynamaq olmaz. Azərbaycan deyirsə Zəngəzur dəhlizi açılmalıdır, demək ki, açılacaq. Orada bir qurum müxalifət var. O klanlar razı deyillər, çünki onların maraqları var. Onların orada plantasiyaları, mədənləri var. Qarabağ erməniləri ilə bütün ermənilərin dilləri tamam fərqlidir. Təxminən biz özbəkləri, türkmənləri necə başa düşürüksə, onlar da həmin erməniləri bu cür başa düşürlər. Ləhcələri tamam fərqlidir, çünki mən erməni dilini təmiz bilirəm” deyə o bildirib.

Oqtay Əliyev bildirib ki, cənab prezidentə hər bir azərbaycanlı dəstək olmalıdır.

“Qarabağa qayıtmaq 50-nin 50-yə dirsə, İrəvana qayıtmaq heç 90-nın 10-a da da deyil. Ən yaxşı halda belə bir imkan olar ki, turist kimi gedib-gələsən. Bundan o tərəfini mən görə bilmirəm. Şəhərdə ermənilər artıq kök salıblar. Cəmi 3 milyondurlar, onlardan da 2 milyonu şəhərin özündə yaşayır. Kəndlər boşdur, çox adam yaşamır. Qocalar qalıb, onlar da heyvanat saxlayırlar. Mən çox istəyərdim ki, biz qayıdaq, öz torpağımıza gedək. Ölkə başçısına dəstək olmaq, yanında olmaq lazımdır. Bütün hər şeyi o görəcəksə, bu boyda camaat yaxud təşkilatlar nəyə lazımdır?” deyə prodüsser bildirib. / ("Moderator")

Digər Xəbərlər
Xəbər Lenti