Səhhətində problem yarandı, peşəkar karyerasını bitirdi, həvəskar kluba keçdi

22 Yanvar 2022 23:00 Hadisə 1 118
Səhhətində problem yarandı, peşəkar karyerasını bitirdi, həvəskar kluba keçdi

Aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının keçmiş futbolçusu Ziya Əzizov həvəskar klubla anlaşıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın “Trinitas” klubunda çıxış edəcək.

2020-ci ilin yayında bir il formasını geyindiyi “Keşlə”dən ayrıldıqdan bəri klubsuz qalan Əzizov böyüdüyü Oysterveyk şəhərinin təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

O, səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

“Den Boş”un yetirməsi olan Ziya Əzizov Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarına çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti