Xames Kulibalini ölümdən qurtardı - FOTO

13 Yanvar 2022 15:20 Hadisə 654
Xames Kulibalini ölümdən qurtardı - FOTO

Qətər çempionatının13-cü turunda keçirilən “Əl-Rayan” – “Əl-Vakru” qarşılaşmasında az qala faciə yaşanacaqdı.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında “Əl-Vakru”nun müdafiəçisi Usman Kulibali qəflətən yerə yıxılıb.

Onun köməyinə isə öncə “Əl-Rayan”ın yarımmüdafiəçisi Xames Rodriges çatıb.

Həkimlər özlərinə yetirənə qədər Xames Kulibalinin başını qaldırıb ki, o, rahat nəfəs ala bilsin. Daha sonra malili futbolçu xəstəxanaya çatdırılıb.

Futbolçunun infarkt keçirdiyi təsdiqlənib. Onun səhhətinin sabitləşdiyi də bildirilir.

Xames “Əl-Rayan”da ötən ilin sentyabrından çıxış edir. O, cari mövsümdə 7 oyun keçirib, 3 qol vurub, 4 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"