Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanır

28 Yanvar 2021 11:50 Hadisə 1 151
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanır

Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.

Sportinfo.az xəbər verir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.

Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.

Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi kömək üçün “Spayka” şirkətinə müraciət edib.

Şirkət özü soyuducuların nazirliyin ehtiyacları üçün təmin edildiyini təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”