Yığmamızla qarşılaşmadan sonra iş yerini dəyişəcək

30 Sentyabr 11:00 Gündəm 511
Yığmamızla qarşılaşmadan sonra iş yerini dəyişəcək

Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrovun komandadan ayrılmaq ehtimalı davam edir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası oktyabrda keçiriləcək oyunları gözləyir.

Komanda oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq. Həmin görüşlərin nəticəsi uğursuz olarsa, məhz millimizlə matçdan sonra Rebrovla yollar ayrılacaq.

Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçini təyin etməməsinin səbəbi də budur. Yunanlar Azərbaycanla qarşılaşmadan sonra Rebrovun millidən ayrılmasını və “Panatinaikos”un sükanı arxasına keçməsini gözləyirlər.

Ukrayna – Azərbaycan görüşü Polşanın Krakov şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu