Ruslara növbəti zərbə - Daha dörd istiqamətdə hücumun qarşısı alındı

5 Avqust 2022 15:50 Gündəm 963
Ruslara növbəti zərbə - Daha dörd istiqamətdə hücumun qarşısı alındı

Ukrayna müdafiəçiləri ölkənin şərqində rus işğalçılarının daha dörd hücumunu dəf ediblər.

Bu barədə Luqanskın rəhbəri Sergey Qayday "Telegram"da məlumat verib.

"Ruslar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini işğal olunmuş mövqelərdən çıxarmaq üçün bütün mövcud silahlardan istifadə edirlər. Düşmən insanların məskunlaşdığı əraziləri, hərbçilərimizin istehkamlarını atəşə tutur", - Qayday bildirib.

O əlavə edib ki, düşmən aviasiyası bu ərazilərdə sutka ərzində bir neçə dəfə fəaliyyət göstərir:

"Dünən 4 hava hücumu həyata keçirib. Ruslar daha 3 dəfə artilleriya hücumu həyata keçirib, raket artilleriyasından istifadə edib, iki dəfə hücum hərəkətləri tankların hücumu ilə dəstəklənib. Daha 6 dəfə minaatanlardan atəş açılıb.

İşğalçılar Donetsk şəhərinə hücum üçün əlverişli şərait yaratmağa çalışırlar, taktiki vəziyyəti yaxşılaşdırmaq üçün hücum etmək istəyir, lakin buna nail ola bilmirlər.

Dörd hücum onların ilkin mövqelərinə geri çəkilmələri ilə başa çatıb".

Digər Xəbərlər
Xəbər Lenti