"Mən bura kimisə müzakirə etmək və qiymətləndirmək üçün gəlməmişəm"

12 İyun 2022 10:20 Fransa 620
"Mən bura kimisə müzakirə etmək və qiymətləndirmək üçün gəlməmişəm"

Fransalı hücumçu Kərim Benzema UEFA Millətlər Liqasında Avstriya ilə heç-heçədən (1:1) sonra komanda yoldaşı Antuan Qrizmanna dəstək olub.

Sportinfo.az xəbər verir ki, o, Qrizmannın nə vaxtsa qol vura biləcəyini deyib:

“Mən bura kimisə müzakirə etmək və qiymətləndirmək üçün gəlməmişəm. Biz hamımız, kimin qol vurmasından asılı olmayaraq, bütün oyunçulara kömək etmək üçün buradayıq.

Önəmli olan odur ki, Antuan işləməyə davam edir və nə vaxtsa mütləq qol vuracaq. Ona görə də, ümid edirəm ki, növbəti oyunda qol vurar və ya ötürmə edər.

Bütün böyük oyunçular bunu yaşayıb: Zidan, Ronaldo, Kriştiano Ronaldo. O, mütləq qayıdıb qol vuracaq. Qrizmann komandaya kömək etməyə davam etməlidir”.

Avstriya millisinin növbəti rəqibi Danimarka olacaq, Fransa isə Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"