Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti,“Real”ın hücumçusu Kilian Mbappe barədə sərt fikirlər səsləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı hücumçunun komandaya gəlişi ilə “kral klubu”nun paltardəyişmə otağında balansın dəyişdiyini bildirib:
“Bu, təkcə Mbappenin günahı deyil. Amma onun gəlişi ilə komandada eqoizm (özündənrazılıq) artıb”.
O, həmçinin, Mbappenin keçmiş komandası PSJ-nin hazırkı çıxışını da tərifləyib:
“PSJ indi daha yaxşı komanda kimi oynayır və daha birləşmiş görünür”.
Mbappe cari mövsümdə 39 oyunda iştirak edib, 40 qol vurub.
Onun məhsuldarlığına baxmayaraq, komandası Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırıb, La Liqada isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

