70-80 milyon avro tələb olunur - PSJ-nin vingeri üçün

5 May 00:10 Fransa 435
70-80 milyon avro tələb olunur - PSJ-nin vingeri üçün

PSJ-nin vingeri Bredli Barkola yay transfer dövründə komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi fransalı futbolçunu hələ də komandanın vacib hissəsi hesab edir, ancaq tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.

Bu səbəbdən, satış ehtimalı gündəmdə qalır.

Barkola ilə Avropanın bir neçə top-klubu maraqlanır. Onların sırasında “Real”, “Barselona”, “Atletiko”, Dortmund “Borussiya”sı və “Bayern” kimi klublar var. Bildirilir ki, PSJ oyunçu üçün 70–80 milyon avro tələb edir.

23 yaşlı futbolçu cari mövsümdə 44 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!