"Qəbələ"nin xahişi yerinə yetirildi

23 Sentyabr 2023 02:20 Əvəzedicilər 470
"Qəbələ"nin xahişi yerinə yetirildi

Əvəzedicilər Liqasında 02.10.2023-cü il tarixində keçirilməli olan VIII turun “Kəpəz-2” – “Qəbələ-2” oyununun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb.

Qarşılaşma “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasındakı görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə 30.09.2023-cü il tarixdə baş tutacaq.

Qərar Qəbələ klubunun müraciəti, “Kəpəz” klubunun razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.

Xəbər Lenti