AFFA "Qəbələ"nin legioneri İbrahim Sanqareni cəzalandırıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
28 yaşlı yarımmüdafiəçi Premyer Liqada 15-ci turunda “Kəpəz”lə görüşün 36-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.
Bu səbəbdən də İntizam Komitəsi onu 2 oyunluq cəzalandırıb. “Qəbələ” isə 1000 manat cərimə edilib.
Sanqare bu ilin avqust ayından "Qəbələ"nin formasını geyinir.

