Təsirli anlar: Məşhur ata oğlundan müsahibə aldı - VİDEO

22 İyun 2024 08:20 Avropa çempionatı 754
Təsirli anlar: Məşhur ata oğlundan müsahibə aldı - VİDEO

Avro-2024-ün ikinci turunun Danimarka - İngiltərə oyunundan sonra (1:1) təsirli məqam yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra əfsanəvi danimarkalı qapıçı Peter Şmeyxel miks zonada millinin qapısını qoruyan oğlu Kasperdən müsahibə alıb.

"Mançester Yunayted"in keçmiş qapıçısı canlı yayımda oğlunu qucaqlayıb və "Mən oyundan sonra çoxlu müsahibələr verirəm və alıram, amma bunu heç vaxt etməmişəm" - deyə bildirib. Kasper isə atasına formasını hədiyyə edib.

Kasper Avro-2000-də oynayan atasının nailiyyətini (36 yaş 216 gün) ötməyi bacarıb. O, Avropa Çempionatları tarixində Danimarka millisinin ən yaşlı qapıçısı olub - 37 yaş 224 gün.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda