COP29

Bu qədər qol epizodunu boşa verəndən sonra… VİDEO

22 İyun 12:40 Avropa çempionatı 1 288
Bu qədər qol epizodunu boşa verəndən sonra… VİDEO

Avro-2024-də qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, D qrupunda Niderland və Fransa milli komandaları üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

İki turdan sonra hər iki komandanın aktivində 4 xal var.

Fransızların heyətində Nqolo Kante qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 90 dəqiqə meydanda olan 33 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.

“Hər iki komanda gərgin futbol oynadı” - bunu Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

“Təəssüf ki, bu görüşdə qol vura bilmədik. Hər iki komanda aqressiv futbol oynadı, futbolçularımın göstərdikləri oyundan razı qaldım.

Baxmayaraq ki, hücumda effektli ola bilmədik və qol gəlmədi. Buna görə məyusam. 1/8 finala yüksəlmək üçün qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq”, - deyə D.Deşam söyləyib.

“Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim” - bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman deyib.

Təcrübəli mütəxəssis Fransa kimi komandalara qarşı mübarizə aparmağın çətin olduğunu söyləyib:

“Cəsarətli oynamağa çalışdıq. İstəyirdik ki, daha sürətli olaq və topu özümüzdə çox saxlayaq.

Bizim hələ də böyüməyə ehtiyacımız var. Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim.

Lakin düşünürəm ki, fransızlar da bu nəticədən narazı deyillər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?