Bu komandanın "evi yıxıldı" - AVRO-2024-dən VİDEO

22 İyun 2024 02:20 Avropa çempionatı 891
Bu komandanın "evi yıxıldı" - AVRO-2024-dən VİDEO

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.

Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Piontek "status-kvo"nu bərpa edib.

66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç müəyyənləşdirib.

79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu