"Türkiyə millisi çox güclüdür, onları yaxşı təhlil etmişik, nə edəcəyimizi bilirik"

22 İyun 2024 10:20 Avropa çempionatı 1 357
"Türkiyə millisi çox güclüdür, onları yaxşı təhlil etmişik, nə edəcəyimizi bilirik"

Portuqaliya komandası bu gün Avro-2024-ün F qrupunun ikinci turu çərçivəsində Türkiyə ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, yığmanın futbolçusu Rafael Leao matçdan öncə açıqlama verib. 25 yaşlı vinger çətin oyun olacağını bildirib:

"Sabah çətin oyun olacaq. Rəqibimiz çox güclüdür, möhtəşəm oyunçuları var.

Onları yaxşı təhlil etmişik, nə edəcəyimizi bilirik. Türkiyə millisinin futbolçuları boşluqları yaxşı dəyərləndirir.

Mübarizələrlə dolu bir oyun olacağını düşünürəm".

Türkiyə - Portuqaliya qarşılaşması Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda