Azərbaycan futbolunda yeni hadisə - Sponsorlar Bakıda

22 Avqust 2019 17:52 Avropa çempionatı 1 273
Azərbaycan futbolunda yeni hadisə - Sponsorlar Bakıda

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəliblər.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bu gün Bakı Olimpiya Stadionunda "Alipay", Booking.com, "FedEx", "Hisense", SOCAR və "Volskwagen" şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.

AVRO-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək "Fan Zona"nın yerləşəcəyi ərazi ilə tanış olublar.

2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin bir matçı BOS-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!