AVRO-2020: Bakıda keçiriləcək oyunlar üçün 780 avroluq paketlər satışda

20 Avqust 2019 23:12 Avropa çempionatı 594
AVRO-2020: Bakıda keçiriləcək oyunlar üçün 780 avroluq paketlər satışda

UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün nəzərdə tutulan qonaqpərvərlik paketləri təkrar satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, paketləri əldə etmək üçün Avropa futbol qurumun rəsmi saytı vasitəsi ilə müraciət olunmalıdır.

Paketlər 3 müxtəlif kateqoriyaya bölünüb. Bunlar “The Suite” (şəxsi kabinetlər), “The Lounge” (Biznes zalları) və “The 2020 Club” (Rahat şəraitli klublar) adlanır.

“The Suite” və “The Lounge” 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər “The 2020 Club” paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər.

Bakı Olimpiya Stadionundakı oyunlarda “The 2020 Club” paketi 780 avrodur. Azarkeşlər bu arenadakı qızıl paketləri isə 1400 avroya əldə edə bilərlər.

"The 2020 Club" paketinə oyun bileti, məkan, yeməklər, pivə, şərab və spirtsiz içkilər, eləcə də TV və internet daxildir. Satışın birinci mərhələsi 12 iyun - 12 iyulu əhatə edib.

Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub.

Bu şəhərlərdəki matçalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

Digər Xəbərlər
Xəbər Lenti