Vida Bakıya gələcək?

19 Avqust 2019 18:51 Avropa çempionatı 737
Vida Bakıya gələcək?

Xorvatiya millisinin və "Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida zədələnib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə Superliqasının 1-ci turunda "Sivasspor"la oyunda (0:3) ayağında ağrı hiss edən futbolçu İstanbul klubunun bugünkü məşqini buraxıb. Onun tibbi müayinədən keçəcəyi bildirilir. Bundan sonra Vidanın zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.

Xorvatiya millisi Avro-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Trnavada Slovakiya, sentyabrın 9-u isə Bakıda millimizlə qarşılaşacaq. Vida Xorvatiya millisinə çağırılan futbolçular arasındadır.

Digər Xəbərlər
Xəbər Lenti