Rekord sayda sifariş qəbulu

16 İyul 2019 10:12 Avropa çempionatı 723
Rekord sayda sifariş qəbulu

2020-ci il Avropa çempionatı üçün satışa çıxarılmış biletlərin ilkin fazası rekord müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, UEFA 19,3 milyon bilet üçün ərizə alıb.

Halbuki AVRO-2020-nin analoji dövrü üçün 11 milyon sifariş qəbul edilmişdi.

12 iyul 2020-ci ildə İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşması üçün 1,9 milyon bilet istənilib.

Bu, stadionun tutumundan 22 dəfə çoxdur və AVRO-2020-nin 51 matçı arasında ən yüksək tələbatlısıdı.

İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda 12 iyun 2020-ci ildə keçiriləcək açılış oyununa isə 540min və ya stadionun tutumundan 8 dəfə çox ərizə gəlib.

Ümumilikdə, sifarişlər 213 ölkədən daxil olub. Bu ayın sonlarında atılacaq püşk nəticəsində təsdiqlənən ərizələrin sahibləri müəyyənləşəcək.

Bu barədə azarkeşlərə avqustun ortalarınadək məlumat veriləcək. Ərizələri qalib sayılan azarkeşlər bildirişləri elektron poçt vasitəsilə qəbul etdikdən 10 gün sonra biletləri almalıdırlar.

Bilet üçün növbəti ərizə imkanı dekabrın sonlarında - final mərhələsinin püşkatmasından sonra olacaq.

Komandaları final mərhələsinə yüksəlmiş azarkeşlər biletləri öz milli assosiasiyaları vasitəsilə əldə edə bilərlər.

Ərizə vermək üçün milli assosiasiyaların müəyyənləşdirdiyi meyarlara cavab vermək lazımdır.

AVRO-2020-nin seçmə mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi