Alıq-satqı necə gedir?

12 İyul 2019 19:36 Avropa çempionatı 672
Alıq-satqı necə gedir?

AVRO-2020-nin final mərhələsi üçün bilet satışının ilkin mərhələsi başa çatır.

Sportinfo.az xəbər verir ki, satışa bu gün yekun vurulacaq.

Biletin satışa çıxarıldığı ötən 4 həftə ərzində 204 ölkədən 14 milyon müraciət gəlib. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Hollandiya və Rusiya olub.

Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardı.

İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

Bütün biletlər yalnız internet vasitəsi ilə euro2020.com/tickets veb-səhifəsində satılır.

Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək.

AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil ediləcək.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar, müvafiq olaraq 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti