UEFA-nın adami: "Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək"

9 İyul 2019 11:36 Avropa çempionatı 563
UEFA-nın adami: "Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək"

“AVRO-2020-nin Avropanın bir neçə ölkəsində keçirilməsi kiçik milli federasiyalarda futbolun inkişafına təkan verəcək.

Loqistika ilə bağlı problem yaranmaması üçün oyunlar yaxın şəhərlərdə keçiriləcək”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın RT telekanalına müsahibəsində UEFA-nın icraçı direktoru Martin Kallen deyib.

Qurum rəsmisinin sözlərinə görə, ev sahibi şəhərlərdən olan Bakı İtaliyanın paytaxtı Roma ilə bağlı olacaq:

“Sankt-Peterburq Kopenhagenlə bağlıdır. Rusiya iki oyununu burada, Danimarka isə orda keçirəcək.

Onların rəqibləri isə bu iki şəhər arasında səyahət edəcəklər. Bizim sxemə əsasən, Bakı Roma bilə bağlıdı.

Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanacağına ümid bəsləyirəm. Hərçənd İtaliya yığması ilə müqayisədə onların qarşısında daha çətin tapşırıq durur.

Bu, baş verməsə, Roberto Mançinin komandası hər üç oyunu evində keçirəcək”.

Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək.

AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil ediləcək.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar, müvafiq olaraq 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti