COP29

Bu gün AVRO-2024-də daha 3 oyun var

15 İyun 11:20 Avropa çempionatı 914
Bu gün AVRO-2024-də daha 3 oyun var

Bu gün Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında - A qrupu çərçivəsində Macarıstan və İsveçrə münasibətlərinə aydınlıq gətirəcəklər. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.

Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00-da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.

Turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

15 iyun

17:00. Macarıstan - İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu.

B qrupu, I tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park" stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?