UEFA AVRO-2020-nin seçmə mərhələ oyunları üçün intizam işi açdı

14 İyun 2019 00:10 Avropa çempionatı 544
UEFA AVRO-2020-nin seçmə mərhələ oyunları üçün intizam işi açdı

UEFA Ukrayna Futbol Federasiyasına qarşı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, buna Ukrayna millisinin azarkeşlərinin etdikləri qeyri-etik hərəkətlər səbəb olub.

Fanatlar komandanın Avropa çempionatının seçmə mərhələsində Serbiyanı (5:0) məğlub etdiyi matçda pirotexniki vasitələrdən istifadə edib və meydana müxtəlif əşyalar atıblar.

Onlar həmçinin tribunanı da bloklayıblar. Qurum həmçinin Bolqarıstan Futbol Federasiyasını da cəzalandıra bilər.

Buna səbəb yığmanın Kosovaya uduzduğu (2:3) görüşdə azarkeşlərin irqçiliyə yol verməsidir.

Latviya Futbol Federasiyası da fanatların irqçiliyinə görə cəzaya məruz qala bilər. Latviya azarkeşləri İsrailə uduzduqları AVRO-2020-nin seçmə mərhələ matçında (0:3) qeyri-etik ifadələrə yol veriblər.

Avropa futbol qurumu Yunanıstan milli komandasının baş məşqçisi Anqelos Anastasiadisin də qeyri-etik davranışlarını nəzərdən keçirəcək.

66 yaşlı mütəxəssis seçmə mərhələdə İtaliyaya 0:3 uduzduqları görüşdə diqqət mərkəzinə düşüb.

Təşkilat həmçinin pirotexniki vasitələrdən istifadə edən və meydana əşyalar atan yunan azarkeşlərin qayda pozuntularına da baxacaq.

UEFA bu məsələrlə bağlı iyunun 14-də qərar qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti