Qonaqpərvərlik qiyməti

13 İyun 2019 08:36 Avropa çempionatı 569
Qonaqpərvərlik qiyməti

2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün rəsmi qonaqpərvərlik paketlərinin qiymətləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, paketlər üç müxtəlif kateqoriyaya bölünüb.

Bunlar "The Suite" (şəxsi kabinetlər), "The Lounge" (Biznes zalları) və "The 2020 Club" (Rahat şəraitli klublar) adlanır.

"The Suite" və "The Lounge" 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər "The 2020 Club" paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər.

Bakı Olimpiya Stadionundakı oyunlarda "The 2020 Club" paketi 780 avrodur. Azarkeşlər bu arenadakı qızıl paketləri isə 1400 avroya əldə edə bilərlər.

"The 2020 Club" paketinə oyun bileti, məkan və yeməklər daxildir. AVRO-2020 üçün bilet satışının ilk mərhələsi bu gündən iyulun 12-dək keçiriləcək.

Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub.

Bu şəhərlərdəki matçalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

Digər Xəbərlər
Xəbər Lenti