AVRO-2020-də 8 oyunda darmadağınla bitdi - NƏTİCƏLƏR

11 İyun 2019 01:00 Avropa çempionatı 668
AVRO-2020-də 8 oyunda darmadağınla bitdi - NƏTİCƏLƏR

AÇ-2020-nin seçmə mərhələsində 4-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma keçirilib.

Bu oyunlardan 8-də darmadağının qeydə alınması xüsusi diqqət çəkib. A qrupunda Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edib.

Çexlər inamlı qələbəyə seviniblərsə, digər oyunda qonaqlar çətinliklə də olsa, meydanı qalib tərk ediblər.

3-cü turda Serbiyanı 5 cavabsız qolla məğlub edən Ukrayna millisi doğma azarkeşləri qarşısında Lüksemburqu sınağa çəkib və bu dəfə də meydanı qələbə ilə tərk edib.

Serbiya isə Litva ilə qarşılaşmadan inamlı qələbəylə ayrılıb.

F qrupunda lider İspaniya İsveçi, Malta isə Rumıniyanı qəbul edib. İspanlar evdə, rumınlar səfərdə 3 xala sahib çıxan tərəf olub.

Norveç isə səfərdə Farer adaları ilə münasibətlərinə aydınlıq gətirib və meydanı qalib tərk edib.

Qonşu Gürcüstan yığması səfərdə Danimarkaya böyük hesabla məğlub olub. Qrupun digər oyununda İrlandiya evdə Cəbəllütariqi məğlub edib.

G qrupunun lideri Polşa bu dəfə doğma meydanda İsraili darmadağın edib. Avstriya səfərdə Şimali Makedoniyadan, Sloveniya isə Latviyadan üstün olub.

A qrupu

Çexiya – Monteneqro 3:0
Qol: Yankto, 18. Kopitoviç, 49-öz qapısına. Şik, 82-pen.

Bolqarıstan – Kosovo 2:3
Qol: Popov, 43. Dimitrov, 55 – Raşiça, 14. Muriqi, 64. Raşani, 90.

1.

İngiltərə

2

2

0

0

10-1

6

2.

Çexiya

3

2

0

1

5-6

6

3.

Kosovo

3

1

2

0

5-4

5

4.

Monteneqro

4

0

2

2

3-10

2

5.

Bolqarıstan

4

0

2

2

5-7

2

B qrupu

Ukrayna – Lüksemburq 1:0
Qol: Yaremçuk, 6.

Serbiya – Litva 4:1
Qol: Mitroviç, 20; 34. Yoviç, 35. Lyayiç, 90 – Novikovas, 71-pen.

1.

Ukrayna

4

3

1

0

8-1

10

2.

Lüksemburq

4

1

1

2

4-5

4

3.

Serbiya

3

1

1

1

5-7

4

4.

Portuqaliya

2

0

2

0

1-1

2

5.

Litva

3

0

1

2

3-7

1

D qrupu

İrlandiya – Cəbəllütariq 2:0
Qol: Çipolina, 27-öz qapısına. Bradi, 90.

Danimarka – Gürcüstan 5:1
Qol: Dolberq, 13; 63. Eriksen, 30-pen. Poulsen, 73. Breytvayt, 90 – Lobjanidze, 25.

1.

İrlandiya

4

3

1

0

5-1

10

2.

Danimarka

3

1

2

0

9-5

5

3.

İsveçrə

2

1

1

0

5-3

4

4.

Gürcüstan

4

1

0

3

4-8

3

5.

Cəbəllütariq

3

0

0

3

0-6

0

F qrupu

İspaniya – İsveç 3:0
Qol: S.Ramos, 64-pen. Morata, 85-pen. Oyarzabal, 87.

Malta – Rumıniya 0:4
Qol: Puşkas, 7; 29. Kipçu, 34. Man, 90.

Farer adaları – Norveç 0:2
Qol: Yonsen, 49; 83.

G qrupu

Polşa – İsrail 4:0
Qol: Pyontek, 35. Levandovski, 56-pen. Qrosiçki, 58. Kadzior, 84.

Latviya – Sloveniya 0:5
Qol: Çrniqoy, 24; 26. İliçiç, 29-pen; 44. Zayç, 47.

Şimali Makedoniya – Avstriya 1:4
Qol: Hinteregger, 18-pen – Lazaro, 39. Arnautoviç, 62-pen; 82. Laymer, 86.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq