"Skills" Bakını gördü - FOTO

9 İyun 2019 09:24 Avropa çempionatı 572
"Skills" Bakını gördü - FOTO

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan matçından (1:3) öncə Avropa çempionatının maskotu nümayiş olunub.

Sportinfo.az xəbər verir ki, "Skills"adlı maskot "Bakcell Arena"da azarkeşləri salamlayıb.

Yeni talisman futbol fristaylçısı keyfiyyətlərinə malikdi.

"Skills" ilk dəfə Amsterdam şəhərində keçirilən Hollandiya – Almaniya matçından öncə təşkil olunan təqdimat mərasimində fristayl ustaları, yəni top çiləmək üzrə ixtisaslaşan Liv Kuk və Tobias Beks tərəfindən təqdim olunub.

Onlar "Skilzi" ilə birlikdə müxtəlif tryuklar göstəriblər.

AÇ-2020-nin final mərhələsinin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Turnirin 4 matçı Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq