AFFA rəsmiləri “Uembli”də UEFA seminarında

2 May 2019 21:00 Avropa çempionatı 517
AFFA rəsmiləri “Uembli”də UEFA seminarında

Bu gün İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq Avropa çempionatı ilə bağlı UEFA seminarı öz işinə başlayıb.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminar Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək Milli Assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir.

Kommunikasiya və təbliğat” mövzusunda təşkil olunmuş seminarda AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyevlə Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edir.

Seminara sabah yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 00:40 O da sponsor arzulayır