Azərbaycanda işləmiş almaniyalı funksioner: "İspaniya Avropa çempionu olacaq"

20 İyun 2024 03:00 Avropa çempionatı 527
Azərbaycanda işləmiş almaniyalı funksioner: "İspaniya Avropa çempionu olacaq"

“Bu cür turnirlərin açılış oyunlarını taktiki duel də adlandırmaq olar”.

bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi işləmiş almaniyalı veteran futbolçu Bernhard Lippert ölkəsində start götürən Avropa çempionatı ilə bağlı danışarkən deyib.

2008-2020-ci illərdə AFFA-nın texniki direktoru vəzifəsində çalışmış mütəxəssis Bundestim haqda bunları bildirib:

“Biz turnirin ev sahibiyik və heyətimizdə fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Onlar öz potensialını meydanda göstərə bilsələr, rəqiblər üçün çox çətin olacaq”.

Azərbaycanın U-21 yığmasına da rəhbərlik etmiş 63 yaşlı B.Lippert Avropa çempionatının əsas favoritini də açıqlayıb:

“Almaniya turnirin favoritlərindən biridir. Əlbəttə, qitə çempionatında iddialı komandalar var.

Hesab edirəm ki, finalda Almaniya və İspaniya yığmaları qarşılaşacaq. Qalib isə ispanlar olacaq”.

O, Avropa çempionatında parlaya biləcək futbolçuların adlarını da çəkib:

“Florian Virts ilə Camal Musiala bu turnirin gənc ulduzları olacaq. Lakin özlərini ən yüksək səviyyədə göstərən futbolçuların Kilin Mbappe və Kevin de Brüyne olacağını düşünürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq