Avro-2024-də C və D qruplarında mübarizəyə yekun vuruldu.
Günün daha maraq doğuran matçı Niderland və Avstriya komandaları arasında oynanıldı.
"Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərov hər iki qrupun yekununu dəyərləndirib, maraqlı fikirlər səsləndirib.
Avstriya millisinin çıxışına münasibət bildirən tanınmış jurnalist deyib ki, mərkəzdə tətbiq etdikləri pressinq niderlandlı futbolçulara sürətli oynamağa imkan vermədi:
"Avstriya hər qarşılaşmaya fərqli strategiya, oyun anlayışıyla çıxdı. Bu yığmada məşqçi işinin əsas göstəricisidir".
Avstriya millisi isə ardıcıl 3-cü, tarixində 4-cü dəfə Avropa çempionatının final mərhələsində mübarizə apardığını deyən Elçin Cəfərov C qrupundakı mübarizəyə də toxunub:
"Sonuncu turda mübarizlik olsa da, adama yuxu gətirən qarşılaşmalar oldu".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

