AVRO-2024: Rumıniyanı qrup birincisi edən 1:1 - VİDEO

27 İyun 2024 01:50 Avropa çempionatı 807
AVRO-2024: Rumıniyanı qrup birincisi edən 1:1 - VİDEO

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Frankfurt Arena”dakı matç heç-heçə yekunlaşıb - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Rumıniya qrup birincisi olub.

Digər Xəbərlər
Xəbər Lenti