Türkiyə və Gürcüstan adını növbəti mərhələyə yazdırdı!

27 İyun 2024 01:00 Avropa çempionatı 833
Türkiyə və Gürcüstan adını növbəti mərhələyə yazdırdı!

Almaniyada təşkil olunmuş Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer almış qardaş ölkə Türkiyənin komandası Çexiyanı məğlub edərək qrupda ikinci yeri tutub və 1/8 finala adlayıb.

Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəliblər.

Çexiya – Türkiyə 1:2
Qollar
: Tomaş Souçek, 66 – Hakan Çalhanoğlu, 51. Cenk Tosun, 90+4.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq. “Volksparkstadion”.

Gürcüstan – Portuqaliya 2:0
Qollar
: Xviça Kvaratsxeliya, 2. Georgi Mikautadze, 57-pen.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Gelzenkirxen. “Veltins Arena”.

Xallar: Portuqaliya – 6. Türkiyə – 6. Gürcüstan – 4. Çexiya – 1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq