Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçiriləcək.
E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gələcəklər. Hazırda hər iki komanda 3 xala malikdir.
Rumıniya qrup lideridirsə, Slovakiya üçüncü pillədədir. Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşacaqlar. Bu görüş Ştutqart şəhərində baş tutacaq.
E qrupu, III tur
20:00. Slovakiya - Rumıniya
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna - Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".

