
İtaliya millisi AVRO-2024-də 1/8 finala vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Luçano Spalettinin komandası Xorvatiya ilə görüşün son dəqiqələrində qol vuraraq məğlubiyyətdən xilas olub.
Bu nəticə ilə aktivindəki xalların sayını 4-ə yüksəldən italiyalılar 1/8 finala vəsiqəni təmin edib.
İlk pillədəki İspaniya son turu da qalibiyyətlə başa vurub. Onlar Albaniyanı məğlubiyyətə uğradıb.
B qrupu
Xorvatiya – İtaliya 1:1
Qollar: Luka Modriç, 55 – Mattia Zakkayni, 90+8