B qrupundan hansı komandalar çıxacaq? - AVRO-2024-də bugün

24 İyun 2024 20:20 Avropa çempionatı 845
B qrupundan hansı komandalar çıxacaq? - AVRO-2024-də bugün

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq.

Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

24 iyul

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

1

İspaniya

2

2

0

0

4-0

6

2

İtaliya

2

1

0

1

2-2

3

3

Albaniya

2

0

1

1

3-4

1

4

Xorvatiya

2

0

1

1

2-5

1

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi