İsveçrə – Almaniya matçının ən yaxşı futbolçusu - Qranit Caka

24 İyun 2024 12:20 Avropa çempionatı 451
İsveçrə – Almaniya matçının ən yaxşı futbolçusu - Qranit Caka

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan İsveçrə – Almaniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

31 yaşlı yarımmüdafiəçinin ötürmələrinin 84 faizi dəqiq olub.

Caka Macarıstanla oyundan sonra da görüşün ən yaxşı futbolçusu adını qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!