"Nəticədən məmnunam, amma məyusluqlar da var"

24 İyun 2024 01:40 Avropa çempionatı 530
"Nəticədən məmnunam, amma məyusluqlar da var"

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunun Çexiyaya qarşı keçirdikləri oyunun nəticəsini şərh edib.

Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, gürcü futbolçu komandasının qrupun son turunda Portuqaliyaya qarşı keçiriləcək görüşdə maksimumu edəcəklərini bildirib:

"Nəticədən razıyam. Bir xal qazandıq.

Amma bir az məyusluq da var. Çünki son dəqiqədə qol şansını əldən verdik.

İki xalı itirdik. Biz hər rəqibə hörmət edirik. Lakin həmişə daha da yaxşılaşmaq istəyirik.

Son turda Portuqaliyaya qarşı əlimizdən gələni edəcəyik".

Gürcüstan – Portuqaliya matçı iyunun 26-da baş tutacaq və görüşə 23:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq