COP29

AVRO-2024: Almanlar sonda məğlubiyyətdən qaçdı, macarlar qazandı

24 İyun 01:00 Avropa çempionatı 553
AVRO-2024: Almanlar sonda məğlubiyyətdən qaçdı, macarlar qazandı

Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turuna start verilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda iki oyun keçirilib.

1/8 final mərhələsinə vəsiqəni daha öncə təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb

Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gəlib. Yekunda Macarıstan millisi 1:0 hesablı qələbə qazanıb.

Bu oyunlardan sonra A qrupunun 2-cisi də bəlli olub. İsveçrə yığması 2-ci, Macarıstan 3-cü, Şotlandiya 4-cü yeri tutub.

1/8 finalda Almaniya C qrupunun (İngiltərə, Danimarka, Sloveniya, Serbiya) 2-cisi, İsveçrə isə B qrupunun (İspaniya, İtaliya, Albaniya, Xorvatiya) 2-cisi ilə qarşılaşacaq.

İsveçrə – Almaniya 1:1
Qollar
: Ndoye, 28 – Fullkruq, 90+2.

23:00. Şotlandiya – Macarıstan – 0:1
Qol
: Çobot, 90+10.

Xallar: Almaniya – 7. İsveçrə – 5. Macarıstan – 3. Şotlandiya – 1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?