COP29

Türkiyə böyük hesabla uduzdu, Portuqaliya 1/8 finalda - VİDEO

23 İyun 01:20 Avropa çempionatı 524
Türkiyə böyük hesabla uduzdu, Portuqaliya 1/8 finalda - VİDEO

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?