COP29

Azərbaycanın dünya və Avropa çempionu: “Bu komanda əziyyət çəkir”

22 İyun 02:00 Avropa çempionatı 777
Azərbaycanın dünya və Avropa çempionu: “Bu komanda əziyyət çəkir”

"İngiltərə millisi nəticəyə oynayır.

Qrupdakı son oyunda 1 xal qazansalar, növbəti mərhələyə yüksələcəklər".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Almaniyada təşkil olunan Avropa çempionatında komandaların çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis xüsusən İngiltərənin oyununa toxunub:

“Düşünmürəm ki, potensialları bura qədərdir. Sadəcə, qrup oyunları bir qədər kəşfiyyat xarakterli olur.

Bəzi komandalar qrupda yaxşı çıxş etməsələr də, nəticəyə oynayırlar. Amma sonradan öz oyunlarını tapırlar”.

O, İngiltərənin intizamlı komandalardan ibarət qrupa düşdüyünü qabardıb:

“Elə dünən oynadıqları Danimarkanı götürək. Çox yaxşı rəqibdir. O cümlədən Serbiya və Sloveniya da zəif deyillər.

Məncə, çempionatın ən möhkəm qruplarındandır. İntizamlı komandalar yer alıb. İngiltərə millisi meydanda dominant olmağı sevirsə, digər rəqiblər yaxşı müdafiə formalaşdıraraq onları əks-hücumlarda yaxalayırlar.

Məncə, İngiltərənin zəif nöqtələrindən biri müdafiənin mərkəzidir. Həmin mövqedə axsamalar görünür, lakin hücum potensialları yaxşıdır, hər oyun qol vururlar”.

SSRİ-nin yeniyetmələrdən ibarət millisinin heyətində dünya və Avropa çempionu olan A.Əsədov bəzi favoritlərin hələ də öz oyunlarını tapmadıqlarını düşünür:

“Fransa hələ istədiyimiz oyunu göstərmir. İtalyanlar əziyyət çəkirlər.

Hazırda İspaniya və Almaniya komandaları baxımlı oyuna görə seçilirlər. Bəzi favoritlər sanki öz oyunlarını tapmayıblar.

Amma qrupdan çıxdıqdan sonra artıq fərqli oyun tələb olunur. Fikrimcə, məhz həmin vaxt tam başqa İngiltərə görəcəyik.

İstənilən halda, İngiltərə Avropa çempionu olmağa namizədliyini qoruyub saxlayır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?