Bu gün AVRO-2024-də kim güləcək, kim üzüləcək?

21 İyun 2024 14:20 Avropa çempionatı 593
Bu gün AVRO-2024-də kim güləcək, kim üzüləcək?

Almaniyada keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Sportinfo.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.

Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.

Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.

E qrupu

17:00. Slovakiya - Ukrayna

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

D qrupu

20:00. Polşa - Avstriya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Berlin Olimpiya Stadionu.

23:00. Niderland - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə).

Leyptsiq, "Red Bull Arena".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq