Avro-2024-ün qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
İngiltərə və Danimarka milli komandaları üz-üzə gəlib (1:1).
Sportinfo.az xəbər verir ki, görüşün ən yaxşı oyunçusu müəyyənləşib.
Belə ki, Danimarka yığmasının üzvü Pyer-Emil Hoyberq ən yaxşı seçilib.
Pyer-Emil Hoyberq matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

