İspaniya İtaliyaya 1 qol vurdu, 1/8 finala yüksəldi

21 İyun 2024 01:00 Avropa çempionatı 511
İspaniya İtaliyaya 1 qol vurdu, 1/8 finala yüksəldi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub.

İspaniya yığması bu qələbə sayəsində B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş