“Millimiz həmişə favoritdir, amma görüləsi çox işimiz var”.

21 İyun 2024 00:00 Avropa çempionatı 531
“Millimiz həmişə favoritdir, amma görüləsi çox işimiz var”.

Almaniya yığmasının qapıçısı Manuel Noyer Avropa çempionatındakı ab-havanı şərh edib.

Sportinfo.az DFB-yə istinadən xəbər verir ki, almaniyalı qolkiper görüləsi çox işlərinin olduğunu bildirib:

“İnanılmaz atmosfer, dolu stadionlar. Evimizdə belə bir turnirin keçirilməsi məni çox sevindirir.

Almaniya millisi həmişə favoritdir, amma bizim görüləsi çox işimiz var”.

Almaniya millisi AÇ-2024-ün qrup mərhələsinin ilk iki turunda Şotlandiyanı (5:1) və Macarıstanı (2:0) məğlub edib.

Yulian Naqelsmanın komandası bu mərhələnin son görüşündə İsveçrə yığması ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!