AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda keçiriləcək Türkiyə - Portuqaliya matçının hakimləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, matçı almaniyalı Feliks Zvayer idarə edəcək.
Ona Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcəklər.
Qarşılaşmanın 4-cü hakimi isə Xesus Gil Manzano (İspaniya) olacaq.
Türkiyə - Portuqaliya görüşü iyunun 22-si keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

