"Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır, güclü və səviyyəli futbolçuları var"

20 İyun 2024 15:40 Avropa çempionatı 627
"Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır, güclü və səviyyəli futbolçuları var"

“Bizim oyun şanslarımız olsa da, onların dünyasəviyyəli futbolçuları var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra deyib.

59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini bildirib:

“Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi yığma komandalar çox güclü oyun sərgiləyirlər.

Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların güclü və səviyyəli futbolçuları var.

Bizim də şanslarımız oldu, lakin yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir”.

A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq